Təcridxana, arxiv şəkli

Ermənistanda 8 nəfər casusluq maddəsi ilə ittiham olunub

48
(Yenilənib 20:18 21.01.2019)
Belə bir statistika 2008-ci ildən aparılır.

BAKI, 22 yanvar — Sputnik. 2008-ci ildən bəri dövlətə xəyanət və casusluq ittihamı ilə 8 nəfər erməni məhkəmələri mühakimə olunub. Bu barədə Sputnik Ermənistana Ermənistan Məhkəmə Departamentindən bildirilib.

Departamentdən bildirilib ki, onlar belə bir statistikanı 2008-ci ildən aparılır.

Mühakimə olunan şəxslərin hamısı Ermənistan vətəndaşıdır. Həmin şəxslər 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu maddə üzrə sonuncu məhkəmə prosesi 2017-cü ildə keçirilib. 2014-cü ildə isə Rafik Papoyan adlı Ermənistan vətəndaşı Azərbaycanın xeyrinə casusluq etdiyi üçün 14 il müddətinə azadlıqdan məhrum edilib.

2010-cu ildə İran vətəndaşı Behnam Baqeri Azərbaycanın xeyrinə casusluq etdiyi üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Milli Təhülkəsizlik Xidməti 1993-cü ildən bəri dövlətə xəyanət və casusluq ittihamı ilə bu bgünə qədər 20-dən çox şəxs mühakimə olunub.

48