Dünyanın ən yaşlı kişisi vəfat etdi

© AFP 2023 / JIJI PRESSDünyada ən yaşlı kişi hesab olunan Yaponiya sakini Masadzo Nonaka
Dünyada ən yaşlı kişi hesab olunan Yaponiya sakini Masadzo Nonaka - Sputnik Azərbaycan
Abunə olmaq
Onun ölümündən sonra dünyada ən yaşlı kişi statusu 1905-ci il oktyabrın 15-də doğulmuş alman Qustav Qernetə keçəcək

BAKI, 20 yanvar — Sputnik. Dünyada yaşayan ən yaşlı kişi olan yapon Masazo Nonaka vəfat edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, 113 yaşlı Nonaka Hokkaydo adasının Aşoro qəsəbəsindəki evində ölüb.

25 iyul 1905-ci ildə doğulan Nonaka dünyada ən yaşlı insanlar siyahısında 30-cu yerdə idi. İlk 29 pillədəkilərin hamısı qadınlardır.

Qeyd edək ki, onun ölümündən sonra dünyada ən yaşlı kişi statusu 1905-ci il oktyabrın 15-də doğulmuş alman Qustav Qernetə keçəcək.

Xəbər lenti
0