Ayın tutulması, arxiv şəkli

İlin ilk Ay tutulması gözlənilir

50
(Yenilənib 15:29 19.01.2019)
Ay tutulması Bakı vaxtı ilə saat 07:34-də başlanacaq və saat 10:51-də başa çatacaq

BAKI, 20 yanvar — Sputnik. Bu ilin ilk tam Ay tutulması hadisəsi yanvarın 21-də baş verəcək.

Ay tutulması Bakı vaxtı ilə saat 07:34-də başlanacaq və saat 10:51-də başa çatacaq:

“Tam tutulma hadisəsi bir saat iki dəqiqə davam edərək 08:41-də başlayıb, 09:43-ə qədər davam edəcək. Bu halda Ayın işığı təqribən 10 min dəfə azalacaq. Tam tutulmanın maksimumu 09:12-yə təsadüf edəcək.

Tam Ay tutulması hadisəsini Mərkəzi Sakit Okean, Şimali və Cənubi Amerika, Afrika və Avropanın əksər hissəsinin sakinləri müşahidə edə biləcəklər.

Ay tutulması hadisəsi demək olar ki, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Hadisə baş verən zaman  Azərbaycan ərazisində Ay batmağa doğru getdiyindən, qərb istiqamətdə üfüq açıq olarsa, təxminən 15-20 dəqiqə tutulmanın başlanmasını müşahidə etmək olar.

Tutulma zamanı Ay, Yer və Günəş bir düz xətt üzərində olur və Yer Ayla Günəş arasında olanda Ay tutulması hadisəsi baş verir. Əgər onların mərkəzləri bir düz xətt üzrədirsə, ən uzun tutulma hadisəsi baş verir. 2018-ci il iyul ayının 27-də son 100 ilin ən uzun Ay tutulması hadisəsi baş verib və bir saat 43 dəqiqə davam etmişdir.

Tutulma hadisəsi baş verən anda Ay yerə 357344 km məsafədə olacaq və bu məsafə “Super Ay” məsafəsinə çox yaxındır. Ayla Yer arasında minimal məsafə isə 356400 km-ə qədər ola bilir.

2019-cu ilin Ayın Yerə ən çox yaxınlaşması hadisəsi 19 fevralda saat 13:07-də baş verəcək. Bu zaman məsafə 356761 km olacaq.

50
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı qapalı şəkildə müzakirə edib - Nəticə...

182
Rusiyalı diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur.

BAKI, 20 oktyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Rusiya mətbuatı xəbər verir ki, vu barədə jurnalistlərə Dağlıq Qarabağa dair qapalı iclasın yekunlarından danışan Təhlükəsizlik Şurasında bu ay sədrlik edən RF-nın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya məlumat verib.

"İndi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, bu ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb. Əsas ona əməl olunmasını necə təmin etməkdir" - o bildirib.

"Bu məsələ əlbəttə ki, müzakirə  olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib", - Nebenzya sözünə davam edib. Eyni zamanda o deyib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var.

"Bu tez həyata keçən proses deyil" - diplomat vurğulayıb. "Belə bir məlumatlar var idi ki, Rusiya Müdafiə naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu nəzarətin necə həyata keçirilə bulməsini müzakirə edib" - Nebenzya əlavə edib.

Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur. "Orada kim olacaq və hansı statusda hələ müzakirə mərhələsində olan sualdır", - o deyib.

182
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp FTB-ni Baydenlə bağlı araşdırma aparmağa çağırıb

9
Tramp Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq onlardan hansını nəzərdə tutduğunu dəqiqləşdirməyib.

BAKI, 20 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunu prezidentliyə namizəd Cozef Baydenin fəaliyyətini araşdırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinə yaxın jurnalistlər bildirib.

“FTB onu araşdırmalıdır. FTB direktoru Kristofer Reyə zəng edib, ondan soruşmalısınız. İlk baxışdan bu qədər çox günahkar olmaq mümkün deyil”, - deyə Amerika lideri deyib.

Qeyd edilir ki, Tramp Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Cozef Baydenin və onun oğlu Hanterin fəaliyyətinin araşdırılmalı olub-olmamasına dair suala belə cavab verib, ancaq prezidentin onlardan hansını nəzərdə tutduğu dəqiqləşdirilməyib.

9
Bakıda avtobus, arxiv şəkli

BNA Bakıda ekspres avtobuslarının gecikmə səbəbini açıqladı

0
Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb

BAKI, 20 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi paytaxtın Qara Qarayev prospektində yaranmış tıxac barədə məlumat yayıb.

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər saat 9 radələrindən Qara Qarayev prospekti-Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir: "Nəticədə Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb".

0
Teqlər:
avtobus, BNA, tıxac, Bakı