İstanbulun ən böyük mağazalarından biri, arxiv şəkli

Supermarketlərdən oğurluq edən ailə tutuldu

55
(Yenilənib 15:48 19.01.2019)
Ankarada bir ailə supermarket və mağazalardan oğurluq edib

BAKI, 19 yanvar — Sputnik. Supermarket və uşaq geyimləri mağazasından oğurluq edən ailə üzvləri saxlanılıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, müxtəlif vaxtlarda mağazalardan oğurluq edən ailənin saxlanılan 4 üzvündən 3-ü məhkəmə qərarı ilə həbs edilib.

Polisin apardığı araşdırma zamanı bəlli olub ki, ata və ana müştəri kimi daxil olduqları mağazalarda məhsulları oğurlamaq üçün işçilərin diqqətini yayındırıb. Öncədən hazırlanmış plana əsasən isə azyaşlılar məhsulları götürərək mağazadan çıxıblar. Polisin araşdırması zamanı həmin şəxslərin müxtəlif vaxtlarda daxil olduqları mağazalarda müştərilərin çanta və pullarını oğurladığı da bəlli olub.

Bundan başqa, polis ailənin yaşadığı evdə tapılan, oğurluq yolu ilə əldə olunduğu güman edilən 9 min türk lirəsi (2 min 900 manat) üzərinə də həbs qoyub.

55