Əfqanıstanda sülh olmayacaq – Danışıqlar baş tutmadı

© AFP 2023 / BRENDAN SMIALOWSKIƏslən əfqanıstanlı diplomat Zalmay Xəlilzad xarici siyasət barədə Donald Tramp qarşısında çıxış edir
Əslən əfqanıstanlı diplomat Zalmay Xəlilzad xarici siyasət barədə Donald Tramp qarşısında çıxış edir - Sputnik Azərbaycan
Abunə olmaq
Taliban lideri sülh danışıqları üçün ABŞ-ın qarşısına 3 şərt qoydu

BAKI, 19 yanvar — Sputnik. Əfqanıstanın Taliban hərəkatının nümayəndələri ABŞ-la danışıqlar aparmaqdan imtina ediblər.

Боевики движения Талибан. Архивное фото - Sputnik Azərbaycan
Əfqanıstan qaynayır: Taliban hərəkətə keçdi, 100 əsgər itkin düşdü
Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, taliblərin nümayəndələrinin Amerikanın elçisi, əslən əfqanıstanlı olan diplomat Zalmay Xəlilzadla görüşü gözlənilirdi. Taliban lideri verdiyi bəyanatda regional təsirə malik ölkələrin Pakistanın paytaxtı İslamabadda ABŞ nümayəndəsi ilə danışıqlara razılıq vermələrini tələb etdiyini, lakin bu görüşdən imtina etdiklərini deyib: "Regionla güclərin sülh prosesi ilə bağlı müəyyən gözləntiləri də vardı. Lakin biz onların bu istəklərini rədd etdik".

"Əminliklə deyə bilərik ki, biz İslamabadda ABŞ nümayəndəsi ilə görüşü qəbul etməyəcəyik" - deyə Talibanın sözçüsü Zabillah Mücahid bildirib.

Taliban lideri ABŞ-la danışıqlar üçün şərtlərini də açıqlayıb. O, bildirib ki, yalnız müəyyən şərtlər qəbul edilərsə, bu zaman ABŞ-la sülh danışıqları mövzuzunda görüşmək mümkün olar: "İlk şərtimiz budur ki, ABŞ Əfqanıstandan çəkilməlidir. İkinci şərtimiz isə məhbusların dəyişilməsi ilə bağlıdır. Digər şərtimiz isə budur ki, Taliban ldierlərinin hərəkəti ilə bağlı müəyyən qadağalar aradan qaldırılsın".

Xəbər lenti
0