Tələbə kirayə pulu verməmək üçün özünü öldürdü

© AFP 2023 / YASIN AKGULTəcili tibbi yardım maşını
Təcili tibbi yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
O aldığı xəsarətlərdən ölüb

BAKI, 19 yanvar — Sputnik. Şimali Kipr Türk Cümhuriyyətində faciəvi hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, tələbə oğlan qorxudan ölüb.

Belə ki, o, dostları ilə birlikdə yaşadıqları kirayə evinin pulunu ödəyə bilməyib. Oğlan hər an ev sahibinin gəlib pulu tələb edəcəyincən qorxub. Ev sahibi gəlib qapını döyən zaman 21 yaşlı David Afih ev sahibinin onu evdən qovacağından qorxduğu üçün ikinci mərtəbədən tullanaraq qaçmaq qərarına gəlib. O, tullanan zaman yıxılıb və xəsarət alıb. Həkimlər ona tibbi yardım göstərsə də 21 yaşlı tələbə David Afihin həyatını xilas etmək mümkün olmayıb. O aldığı xəsarətlərdən ölüb.

Xəbər lenti
0