Əli qandallanmış adam, arxiv şəkli

Türkiyədə FETÖ-çülərə qarşı yeni əməliyyat

50
(Yenilənib 13:54 18.01.2019)
Şübhəli bilinən 72 nəfərdən 53-ü tutulub, digərlərinin axtarışları davam edir

BAKI, 18 yanvar — Sputnik. İzmir Prokurorluğu FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə bağlılığı olan şəxslərin saxlanılması haqqında qərar qəbul edib. Bu barədə Sputnik Azərbaycan Türkiyənin "Milliyet" nəşrinə istinadən xəbər verir.

Qərara əsasən, 72 nəfər saxlanılmalıdır. Onlar arasında hərbçilər də var.

Hazırda onların həbs olunması üzrə əməliyyat keçirilir. Həmin şəxslər sorğu-sual üçün Təhülkəsizlik İdarəsinə gətiriləcək. Hazırda şübhəli bilinən 72 nəfərdən 53-ü tutulub.

Xatırladaq ki, Türkiyədə FETÖ-yə qarşı yanvarın 14-15-i tarixlərində də irimiqyaslı əməliyyat keçirilib. Məlumata əsasən, Ankara Baş Prokurorluğu FETÖ araşdırması çərçivəsində Jandarma Baş Qərargahında olan 50 nəfər haqqında həbs qərarı çıxarıb.

Bundan əlavə, araşdırma nəticəsində "ByLock" proqramından istifadə edən 55 nəfər haqqında həbs qərarı verilib.

50
Teqlər:
şübhəli, qərar, əməliyyat, FETÖ
Əlaqədar
Böyük Britaniya FETÖ ilə bağlı tələbi rədd etdi
Ermənistanda həbs olunan FETÖ-çü ABŞ-a ekstradisiya edilib
Türkiyənin Vaşinqtondakı səfirliyində FETÖ bombası