Fransa Prezidenti Emmanuel Makron

Hərbçilərimiz Suriya İraqdan çıxmayacaq Fransa prezidenti

21
(Yenilənib 10:47 18.01.2019)
Hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb

BAKI, 18 yanvar — Sputnik. Fransa Prezidenti Emmanuel Makron 2019-cu ildə ölkəsinin Suriya və İraqda hərbi mövcudluğunu davam etdirəcəyini bildirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir. 

Makron Tuluza şəhərində hərbi bazaya səfər edib, orada Suriya ilə bağlı açıqlamalar verib. 

Makron, eyni zamanda sosial şəbəkədə yerləşdirdiyi məlumatda Suriyanın Menbiç şəhərində Birləşmiş Ştatlar hərbçilərinə qarşı həyata keçirilən terror hücumunu da qınayıb.

Qeyd edək ki, yanvarın 16-ı Suriyanın Menbiç şəhərində restoranlardan birində güclü partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

Partlayış nəticəsində 5 ABŞ hərbçisi ölüb. İnsident zamanı restoranda 15 ABŞ hərbçisinin olduğu bildirilir.

Qeyd edək ki, Menbiç ABŞ-ın aktiv dəstək verdiyi PKK terror təşkilatının nəzarətindədir. Restorandakı partlayışı İŞİD terror qruplaşmasnın üzvünün törətdiyi biıdirilir.

21
Teqlər:
Suriya, Fransa, Emmanuel Makron
Əlaqədar
Putin, Merkel və Makron Ərdoğanla görüşə gedirlər
Makron Avropa dövlətlərinə tarixi çağırış ünvanladı
Politoloq: “Bundan sonra Makron siyasi qərarlarında daha ehtiyyatlı davranacaq”
Ermənilər bizim həmyerlilərimizdir – Makron Yerevandan mesaj verdi