Suriya ordusunun əsgəri Hələbdə

Ərdoğan kürdlərə xəbərdarlıq etdi: Bizim zonada ola bilməyəcəksiniz

60
(Yenilənib 19:21 15.01.2019)
Prezident Ərdoğan ABŞ-ın Suriyadan öz qoşunlarını çıxarmaq barədə qərarından məmnunluğunu ifadə edib.

BAKI, 18 yanvar — Sputnik. Suriya özünümüdafiə qüvvələri (YPG) Suriyanın şimalında yerləşəcək təhlükəsizlik zonasının yaradılmasında iştirak etməyəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Mən təhlükəsizlik zonasının yaradılmasına müsbət baxıram. Bununla bağlı Merkel və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə də danışmışam, onlar buna müsbət yanaşsalar da, bu məsələdə onlardan ciddi dəstək gəlmədi. Biz bu prosesi davam etdirəcəyik. YPG bu layihədə iştirak etməyəcək, biz bu zonanı terrorçulara qoymayacağıq. Koalisiya ilə birgə hərəkət edəcək", - deyə Ərdoğan jurnalistlərə bildirib.

Qeyd edək ki, bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa telefonla danışıb.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Suriyadakı son durumu müzakirə ediblər.

Prezident Ərdoğan ABŞ-ın Suriyadan öz qoşunlarını çıxarmaq barədə qərarından məmnunluğunu ifadə edib. Türkiyə lideri ölkəsinin NATO üzrə tərəfdaşı ABŞ-a bu barədə kömək edə biləcəyini Trampın diqqətinə çatdırıb.

Bundan əlavə, ölkə başçıları Suriyanın şimalında terrorçulardan təmizlənən "təhlükəsizlik zonasının" yaradılmasına dair də fikir mübadiləsi aparıblar. Həmçinin vurğulanıb ki, zona Suriyanın ərazi bütövlüyü çərçivəsində yaradılmalıdır.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyənin kürdlərlə heç bir problemi yoxdur və Ankaranın hədəfi ölkənin təhlükəsizliyinə təhdid göstərən İŞİD, PKK, həmçinin PKK-nın Suriya qolu kimi terror təşkilatlarına qarşı mübarizə aparmaqdır.

Liderlər, həmçinin ikitərəfli iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldırmağa dair razılığa gəliblər.

60