Türkiyədə avtobus qəzası

Türkiyədə avtobus qəzaya uğrayıb: Ölən yaralılar var

62
(Yenilənib 10:52 17.01.2019)
Hadisə yerinə polis, jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub

BAKI, 17 yanvar — Sputnik. Türkiyənin Amasiya şəhərində sərnişin avtobusu qəzaya uğrayıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Bakırköy bələdiyyəsinə aid sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

Hadisə yerinə polis, jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan şəxslər dərhal Amasiyada yerləşən xəstəxanalara yerləşdirilib.

Avtobusda olan şəxslərin Ordu şəhərində bir dəfn mərasiminə qatıldıqdan sonra İstanbula getdiyi bildirilir.

62
Teqlər:
ölü, yaralılar, avtobus, qəza, Türkiyə
Əlaqədar
Türkiyədə ağır qəza: 15 ölü
Türkiyədə ağır qəza baş verib, ölənlər və yaralananlar var
Türkiyədə qətliam kimi qəza: Xeyli ölən və yaralanan var - VİDEO
Həmyerlimiz Türkiyədə ağır qəza törətdi, yaralılar var