ABŞ əsgərləri

PKK-nın nəzarətindəki şəhərdə ABŞ hərbçilərini öldürdülər

87
(Yenilənib 21:03 16.01.2019)
İnsident zamanı restoranda 15 ABŞ hərbçisinin olduğu bildirilir

BAKI, 16 yanvar — Sputnik. Suriyanın Menbiç şəhərində restoranlardan birində güclü partlayış baş verib. Bu barədə Sputnik Azərbaycan "Yeni Şafak" nəşrinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, hadisə nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

Partlayış nəticəsində 5 ABŞ hərbçisi ölüb. İnsident zamanı restoranda 15 ABŞ hərbçisinin olduğu bildirilir.

Qeyd edək ki, Menbiç ABŞ-ın aktiv dəstək verdiyi PKK terror təşkilatının nəzarətindədir. Restorandakı partlayışı İŞİD terror qruplaşmasnın üzvünün törətdiyi biıdirilir.

87