Kinqisepp şəhərində Poliplast Şərq-Qərb kimya zavodunda partlayış

Rusiyada kimya zavodunda partlayış baş verib

25
(Yenilənib 18:12 16.01.2019)
Hazırda hadisə yerində xilasetmə qrupları çalışır

BAKI, 16 yanvar — Sputnik. Rusiyanın Leninqrad vilayətinin Kinqisepp şəhərində "Poliplast Şərq-Qərb" kimya zavodunda partlayış baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, partlayış zamanı istehsalat binalarından biri dağılıb.

Взрыв на химзаводе в Кингисеппе
© Sputnik / RAPTLI
Kinqisepp şəhərində "Poliplast Şərq-Qərb" kimya zavodunda partlayış

Hadisə bu gün günorta saatlarında baş verib. Partlayış zamanı 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Hazırda hadisə yerində xilasetmə qrupları çalışır. Partlayışın dəqiq səbəbləri araşdırılır.

Ətraf mühitin kimyəvi tullantılar atılması və zəhərlənmə halları qeydə alınmayıb.

25