ABŞ ordusu

Şeytanın vücud tapmış halı başında: "Böyük müharibəyə hazır olun"

13190
(Yenilənib 12:07 16.01.2019)
"Bolton müharibə əleyhdarlarını şəxsləri zərərsizləşdirirək, yaxın zamanda ABŞ-ın İrana qarşı müharibəyə başlamasına nail ola bilər"

BAKI, 16 yanvar — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkəsinin İrana qarşı hücuma keçməsini istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Al Jazeera" telekanalının aparıcısı və "The Intercept" nəşrinin yazarı Mehdi Hasan öz məqaləsində qeyd edib.

Con Bolton
© AP Photo / Susan Walsh
Con Bolton

Məqalədə vurğulanır ki, Con Bolton ABŞ rəhbərliyində ciddi bir güc əldə edib və ABŞ-ı İranla müharibəyə təhrik edir: "ABŞ-ın sabiq müdafiə naziri Ceyms Mettis Bolton haqqında danışarkən onu "şeytanın vücud tapmış halı" kimi qiymətləndirilib. Belə ki, Tramp Administrasında təmsil olunan və Con Boltonla mübahisəsi düşmüş bir çox insan öz vəzifəsini itirsə də, Bolton hələ də vəzifəsində qalır və boşalan yerlərə İrana qarşı müharibəni dəstəkləyən şəxslərin gətirilməsini təmin edir".

Hasan, Trampın Suriyada olan ABŞ qoşunlarının dərhal geri çəkiləcəyinə dair açıqlamalarına baxmayaraq, Boltonun bu açıqlamanı tərsinə şərh etdiyini xatırladıb: "Bolton İraqın 2002-ci ildə əsassız nüvə silahı iddiaları ilə işğal edilməsində əsas aktorlardan biri olub və bu səbəbdən yüz minlərlə iraqlının qətl edilməsində payı var".

Boltonun İrana qarşı açıqlamaları ilə tanınan şəxslərlə əməkdaşlıq etdiyini qeyd edən jurnalistin sözlərinə görə, milli təhülkəsizlik müşaviri rəhbərlik daxilində müharibəyə qarşı olan şəxsləri zərərsizləşdirirək, yaxın zamanda ABŞ-ın İrana qarşı müharibəyə başlamasına nail ola bilər.

Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.

Onu da xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edəcək. O, burada Rusiya lideri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.

13190
Teqlər:
müşavir, milli təhlükəsizlik, Con Bolton, Donald Tramp, prezident, Amerika Birləşmiş Ştatları
Əlaqədar
ABŞ-ın sanksiyaları İranda işsizliyə səbəb olur
ABŞ-la tarixi müttəfiqləri arasında "İran çatı"
Politoloq: “ABŞ-İran münasibətləri gərginləşməkdə davam edəcək”
Politoloq: “ABŞ sanksiyaları İran üçün yaxşı heç nə vəd etmir”