CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Plastik butulka gətirənlərə pulsuz hədiyyə veriləcək

© Sputnik / Anar MustafayevPlastik su bidonları
Plastik su bidonları - Sputnik Azərbaycan
Abunə olmaq
Plastik içki butulkaları gətirənlərə mağazadan parça torbalar hədiyyə olunacaq

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin bəzi bölgələrində maraqlı aksiyaya start verilib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ekologiyanın və insan sağlamlığının qorunmasını hədəfləyən bu aksiya ilə istifadə olunmuş plastik içki qabları mağazalara geri qaytarılacaq. 5 plastik içki qabı qaytarana isə 1 parça torba hədiyyə veriləcək.

Bununla da həm plastiklərdən istifadəyə son verilməsi aksiyası reklam ediləcək, həm də plastik içki qablarının ətraf aləmə tullanmasının və ekoloji durumu təhdid etməsinin qarşısı alınmış olacaq.

Xəbər lenti
0