Adi yumurta “Instagram” rekordçusu oldu - FOTO

Abunə olmaq
Yumurta model Keli Cennerin rekordunu təzələyib

BAKI, 15 yanvar — Sputnik. “Instagram”da daha bir rekord qeydə alınıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, @world_record_egg adında səhifə açılıb və orada bir yumurta şəkili paylaşılıb. Bu yumurta sosial şəbəkədə 30 milyon nəfər tərəfindən bəyənilib. Beləliklə, adi yumurta model Keli Cennerin rekordunu təzələyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от EGG GANG 🌍 (@world_record_egg)

Şəkilin müəllifi özünün kim olduğunu bəlli etmir. O, özünü Böyük Britaniyadan olan Henrietta ləqəbli toyuq kimi təqdim edir. Henrietta yumurtasını Yudjino adlandırıb. Henriettanın sözlərinə görə, o içkini atandan sonra bu cür rekord vurmağa qərar verib.

Xəbər lenti
0