NATO-nun bayrağı

Ukraynalı general ölkəsinin NATO-ya daxil olma vaxtını açıqladı

44
(Yenilənib 13:24 12.01.2019)
Bu 5-10 il müddətində baş tuta bilər.

BAKI, 12 yanvar — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini, ehtiyata olan general – leytenant İqor Romanenko ölkənin NATO-ya daxil olma müddətini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan UNİAN-a istinadən xəbər verir.

Onun sözlərinə görə, bu 5-10 il müddətində baş tuta bilər.

General – leytenant, həmçinin hərbi alyansın standartlarına çatmaq imkanını tamamilə realistik adlandırıb.

O, həmçinin əlavə edib ki, Ukrayna ordusunda islahatların aparılmasına dair plan 2020-ci ildə yekunlaşacaq.

44
ABŞ-da epdimioloji vəziyyət

ABŞ-da daha bir azərbaycanlı koronavirusdan ölüb

7
Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib.

BAKI, 9 avqust - Sputnik. ABŞ-ın Nyu-York ştatının Nyu-Roşel şəhərində azərbaycanlı aşpaz COVID-19-dan vəfat edib.

"Report"un məlumatına görə, bu, Qazaxıstan vətəndaşı, əslən Bakıdan olan 55 yaşlı Rzayev Ağagül Ağaməhəmməd oğludur.

Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib. İki həftəlik müalicə kursu keçən soydaşımız ötən gecə dünyasını dəyişib. A.Rzayevin meyitinin Qazaxıstanın Almatı şəhərinə gətirilərək yaxınlarının məzarlarının yanında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, buna qədər ABŞ-da daha iki azərbaycanlı COVID-19-dan dünyasını dəyişib.

7
Uşaqlar, arxiv şəkli

Diqqət! Özünüzü uşaqlardan qoruyun

95
(Yenilənib 19:44 09.08.2020)
Professor vurğulayıb ki, məktəblərdə uşaqları 2 metr sosial məsafə saxlamağa məcbur etmək bir qədər çətin ola bilər.

BAKI, 9 avqust — Sputnik. "Cənubi Koreyada yeni bir araşdırma aparılıb. Müəyyən edilib ki, ev içində təmas zamanı 10-19 yaşlı uşaqlar virusu daha tez yoluxdura bilirlər. Evdən kənarda isə yoluxdurma riski 20 yaşından böyüklərdə müşahidə edilir. Evində 10-19 yaşılı uşağı olan insanlar daha diqqətli olmalıdır".

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Hacəttəpə Universitetinin professoru Mehmet Ceylan danışıb.

Onun sözlərinə görə, ölkələrdə məktəblərin açılması istiqamətində görülən tədbirlər çox çətindir.

Professorun fikrincə, 10-19 yaş qrupunda olan uşaqların virusu yayma riski daha çoxdur.

Bu yaşda uşaqların daha çox aktiv olduğunu vurğulayan professor qeyd edib ki, evin içində sosial məsafəni gözləmək, maska taxmaq mümkün olmadığı üçün uşaqlardan virusa yolxumaq riski daha böyük olur.

Uşaqlarda virusun heç bir əlaməti müşahidə edilmədiyi üçün xəstəliyə nə zaman yoluxduğunu da müəyyən etmək mümkün olmur: "Məktəbdə virusa yoluxan uşaqların çoxu infeksiyaya yoluxduğu zaman əlamətsiz keçirir. Buna görə də valideynlər uşağın yoluxduğunu müəyyən edə bilmirlər. Ancaq həmin uşaq evdə xroniki xəstəliyi olan, risk qrupunda olan yaşlı birini yoluxdura bilər. Bu səbəbdən də məktəblərin açılmasını tələb edərkən bəzi xüsusları nəzərə almaq lazımdır".

Professor vurğulayıb ki, məktəblərdə uşaqları 2 metr sosial məsafə saxlamağa məcbur etmək bir qədər çətin ola bilər.

"Siniflərin havalandırılması, maska taxmağın vacibliyi uşaqlara başa salınmalıdır. Pandemiya iki ildən çox davam edə bilər. Uşaqların bu müddət ərzində dərslərdən uzaq düşməsi də yol verilməzdir. Bu səbəbdən uyğun normativlər düşünülməlidir", - deyə professor bildirib.

95

İcra başçısının müavinini maşın vurdu

0
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

0