Davos forumunun emblemi

Daha bir ölkə başçısı Davos forumundan imtina etdi

97
(Yenilənib 22:14 11.01.2019)
Bu il Ümumdünya İqtisadi Forumu 22-25 yanvar tarixlərində keçiriləcək

BAKI, 12 yanvar — Sputnik. Fransa prezidenti Emmanuel Makron Ümumdünya İqtisadi Forumuna (WEF) qatılmayacaq. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Qeyd olunur ki, ölkə başçısı iş qrafikinin zəngin olmasına görə Davosa getməyəcək.

Xatırladaq ki, daha əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Tramp ABŞ – Meksika sərhədində divarın tikintisinin maliyyələşdirilməsi məsələsində demokratlarla fikir ayrılığına görə Davosa getməyəcəyini bildirmişdi.

Bu il Ümumdünya İqtisadi Forumu 22-25 yanvar tarixlərində keçiriləcək.

97