Fahişə, arxiv şəkli

Danimarkada seks işçilərinə təqaüd ayrılacaq

137
(Yenilənib 22:10 11.01.2019)
Qeyd edək ki, seks işçiliyi 1999-cu ildən Danimarkada qanunidir və ölkədə 3100 seks işçisi qadın var

BAKI, 11 yanvar — Sputnik. Danimarka Sosial İşlər naziri May Merkado hökumətin seks işçilərinin şəraitlərinin yaxşılaşdırlması və bu mövzuda insan haqlarının pozulması hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlər gördüyünü açıqlayıb.

Sputnik Türkiyə xəbər verir ki, Merkado bu sahədə işləyənlərin qanuni haqlarından məhrum olduğunu da dilə gətirib.

O bildirib ki, qanun seks işçiləri də daxil olmaqla hamının vergi verməsini tələb edir: "Buna görə də insanların hüquqlarının pozulmasının qarşısını almağı vəzifəmiz hesab edirik. Ayrıca iş dəyişikliyi etmək istəyənlərə də yardım etməliyik".

Qeyd edək ki, Danimarkada seks sənayesi işçiləri vergi sistemində sahibkar olaraq qeydiyyata alınır və bu da onlara problemlər yaradır.

Danimarkada seks işçilərinin vergi ödəmələrinə baxmayaraq, çirkli hotel otaqları, pul çatışmazlığı və uzun işləmə saatlarına məruz qaldığı, bu səbəbdən də qanunsuz seks xidmətinin artdığı öncədən gündəmə gətirilmişdi.

Seks işinin hökumət tərəfindən qadağan edildiyi təqdirdə şiddət və cinayətin artacağını deyən Merkado İsveç təcrübələrindən də danışıb: "İsveç təcrübələrinə şahid olduq. Bunlar həqiqətən pisdir. Ölkədə daha çox zorakılıq və təhlükəsizlik yaranıb. Buna gərək yoxdur".

Mövzu ilə bağlı ediləcək dəyişikliklərdə seks işçilərinin işsizlik sığortası fonduna qeydiyyata salınması, işsizlik ödəməsi və pensiya almaları nəzərdə tutulub.

Xatırladaq ki, Merkado 2013-cü ildə millət vəkili olduğu dövrlərdə seks işçiliyinin bir peşə hesab edilməsinin tərəfdarı olub.

Qeyd edək ki, seks işçiliyi 1999-cu ildən Danimarkada qanunidir və ölkədə 3100 seks işçisi olan qadın var.

137