Dünyanın ən zəngin boşanmasının səbəbkarı bəlli oldu

© AP Photo / Willy SanjuanCeff və MakKenzi Bezoslar
Ceff və MakKenzi Bezoslar - Sputnik Azərbaycan
Abunə olmaq
Cef Bezos 8 ay sevgili olduğu qadına görə 25 illik həyat yoldaşı ilə münasibətləri ayırmalı olacaq

BAKI, 12 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, "Amazon"un qurucusu Cef Bezos ilə Makkenzi Bezos xəyanətə görə boşanır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlüyün boşanmasına səbəb Lauren Sançes olub. Məlumata görə, 54 yaşlı Cef Bezos 48 yaşlı həyat yoldaşını "FOX 11"in aparıcısı olan qadınla aldadıb. Cütlüyün artıq 8 aydır ki, birgə olduğu söylənilir.

"Daily Mail" dərgisində yazılan məqalədə isə Makkenzi Bezosun ikili münasibətdən xəbərdar olduğu, hətta buna icazə verdiyi də yazılıb.

Qeyd edək ki, ikilinin münasibətlərinin dağılmasında adı hallanan Sançes "Hollywood"un məşhur simalarından biri olan Patrik Vitessel ilə 2012-ci ildə ailə həyatı qurub, 2 övladları var. Makkenzi Bezos ilə Cef Bezos isə 25 illik evlilik həyatı yaşayıb.

Xəbər lenti
0