Paytaxtın mərkəzində insan kəlləsi tapılıb

CC0 / Shauking / SkullTorpaqda kəllə sümüyü
Torpaqda kəllə sümüyü - Sputnik Azərbaycan
Abunə olmaq
İvanova bildirib ki, ərazidə insana aid kəllə və digər sümüklər tapılıb

BAKI, 12 yanvar — Sputnik.  Moskvanın mərkəzində Ostojenka küçəsində yaşayış evlərinin yaxınlığında insan skeleti tapılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sümüklər ərazinin təmizlənməsi zamanı aşkar edilib.

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi rəisinin baş köməkçisi Yuliya İvanovanın sözlərinə görə, sümüklərin tapıldığı yerdə əvvəllər insanların dəfn edilməsi istisna edilmir.

İvanova bildirib ki, ərazidə insana aid kəllə və digər sümüklər tapılıb.

İstintaq Komitəsinin nümayəndəsinin sözlərinə görə, hazırda hüquq mühafizə orqanları əməkdaşları ərazidə araşdırma aparır, ölən insanın şəxsiyyətini və digər vəziyyətləri araşdırır.

Xəbər lenti
0