S-400 HHM sistemli maşın Qızıl Meydanda hərbi parada hazırlaşır

"The National Interest" Rusiyanın "S-500"-lər barədə "susması"nın səbəbini açıqladı

36
(Yenilənib 19:29 10.01.2019)
Müştərilər "S-500" kompleksləri haqqında yeni məlumatların çıxması fonunda bahalı "S-400" komplekslərinə maraqlarını itirə bilər

BAKI, 11 yanvar — Sputnik. Rusiyanın yeni S-500 Promotey zenit-raket kompleksləri (ZRK) barədə məlumatların olmaması "S-400" zenit-raket komplekslərinin xarici ölkələrə satışı ilə bağlı mövcud razılaşamaları təhlükə altına atmamaq qərarı ilə bağlı ola bilər. Bu barədə Sputnik Azərbaycan Birləşmiş Ştatların "The National Interest" nəşrinə istinadən xəbər verir.

Potensial müştərilər "S-500" kompleksləri haqqında yeni məlumatların çıxması fonunda bahalı "S-400" komplekslərinə maraqlarını itirə bilər.

Yeni məlumatların yayılması Türkiyə və Hindistan kimi strateji əhəmiyyətə malik ölkələrin hiddətinə belə səbəb ola bilər. Belə ki, bu ölkələr "S-400"-ün alınmasına görə ABŞ-la ciddi diplomatik problemlər yaşayıb. Vaşinqton məhz bu addımlarına görə onları dəfələrlə sanksiyalarla hədələyib.

Nəşr yazır ki, məhz bu faktlara əsasən "S-500"-lərin xarici ölkələrə tədarükü planda yoxdur.

36
Əlaqədar
Dünyanı silkələyən S-400
"Türkiyə "S-400"-dən imtina etməyəcək"
Ərdoğan: "S-400"lə iş bitmir"
Amerika "nokauta" salınır: Daha bir ölkə "S-400" alacaq