Türk Dəniz Qüvvələrinə aid gəmilər

Türk ordusu görünməmiş müharibə hazırlığı içərisində

8882
(Yenilənib 13:33 10.01.2019)
İndiyə qədərki ən böyük müharibə hazırlığı kimi dəyərləndirilən təlimə "Mavi Vətən" adı verilib

BAKI, 10 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələri dənizlərdə genişmiqyaslı təlimlər keçirməyə hazırlaşır. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türk donanmasının indiyə qədər görünməmiş ən böyük müharibə hazırlığı kimi dəyərləndirilən təlimə "Mavi Vətən" adı verilib.

Yunanıstan və Cənubi Kipr rəhbərliyinin işğal cəhdlərinə qarşı Türkiyənin müdafiə naziri Hulusi Akar bu ölkənin dəniz sularını "462 min kilometrlik mavi vətən" adlandırmışdı. "Mavi Vətən" təlimi 27 fevral – 3 mart tarixlərində keçiriləcək.

Təlimlərə Hərbi Dəniz Qüvvələrinin bütün bölmələrindən başqa, Hava və Quru qoşunlarının bəzi bölmələri də cəlb olunacaq. Təlimlər Egey və Aralıq dənizlərinin şərq sahilində, Yunanıstan və Kipr rəhbərliyinin sözdə "mübahisəli" kimi göstərdiyi ərazilər də daxil olmaqla, Türkiyə sahillərində keçiriləcək.

"Mavi Vətən", həmçinin uzun müddətdir ki, təlimlər keçirən Misir, Yunanıstan, İsrail və Cənubi Kipr rəhbərliyinə "əzələ nümayişi" anlamı da daşıyır.

8882
Teqlər:
vətən, Yunanıstan, təlim, ordu, Türkiyə Silahlı Qüvvələri
Əlaqədar
Türk ordusunun 118 əsgəri həbs olunub
Türk ordusunun ötən il məhv etdiyi terrorçuların sayı açıqlandı
Türk ordusu qonşu ölkə ərazisində nəhəng hərbi əməliyyata başladı – VİDEO
Neft, arxiv şəkli

Neft pandemiyanın ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

8
(Yenilənib 20:47 24.10.2020)
ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

BAKI, 24 oktyabr — Sputnik. Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətlərini artıra biləcəklərini söyləməsi həftə ərzində neft qiymətlərinin yuxarı istiqamətli dəyişməsinə dəstək olub. V.Putinin şərhi "OPEC+" koalisiyasının yanvar ayında istehsal məhdudiyyətlərini azaltmaqla bağlı planını təxirə sala biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin koronavirus epidemiyasındakı ikinci dalğanın Avropa və ABŞ-da enerji tələbatını alt-üst edəcəyinə dair narahatlıqlar durmadan artır. ABŞ-ın bəzi ştatlarında artan koronavirus hadisələri ölkədəki benzin ehtiyatlarında may ayından bəri ən böyük artıma səbəb olub.

Ekspertlərə görə, hazırda 40 dollar/barel civarında dəyişən neft qiymətləri Liviya kimi ölkələrdə artan hasilat fonunda bazarı daha təmkinli olmağa vadar edir. Bazar gözləntiləri isə "OPEC+"un planlaşdırdığı istehsal artımına getməyəcəyi istiqamətində dəyişir.

"Brent" neftinin bir bareli Londonun ICE birjasında 41,77 dollara, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 39,85 dollara alıcı axtarır.

8
Koronavirus modeli, arxiv şəkli

Koronavirus daha tez öldürməyə başlayıb

28
Alimlər eyni zamanda SARC –CoV-2 –nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

BAKI, 24 oktyabr — Sputnik. Koronavirus pandemiyasının ikinci dalğasında virusun ağırlaşmış formasında olan xəstələr birinci dalğa ilə müqayisədə daha tez ölür.

Sputnik Azərbacan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniyanın fövqəladə hallar üzrə elmi məsləhət qrupunun hesabatında deyilir.

Alimlər bütün ölkə üzrə xəstəxanalarda olan 76700 sakinin məlumatlarını təhlil edərək bu nəticəyə gəlib.

Belə ki, avqustun 1-nə olan dövr ərzində koronavirusn əlamətləri müşahidə edilən gündən etibarən ağırlaşaraq ölümlə nəticələnmə 13 gün ərzində baş verirdi. Hazırda bu dövr qısalıb və ölümlə nəticələnmə bir həftəyə baş verir.

Alimlərin fikrincə, bu neqativ dinamika xəstəliyin müalicəsinin inkişafı ilə əlaqəlidir. Belə ki, hazırda həkimlər daha çox xəstənin həyatını xilas edə bilir. Xəstəlikdən ölənlər isə digər sağlamlıq problemləri olan zəif orqanizmi olan şəxslərdir.

Alimlər eyni zamanda SARC–CoV-2–nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

28
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

30
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

30