ABŞ-ın xarici işlər naziri Mayk Pompeo

ABŞ-ın xarici işlər naziri Suriyadan çəkilməklə bağlı açıqlama verib

216
(Yenilənib 11:19 10.01.2019)
"Biz də Türkiyəni dəstəkləyirik" - Mayk Pompeo

BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Suriyadan çəkilməklə bağlı Donald Trampın qərarını açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Pompeo İraq səfərində jurnalistlərə verdiyi açıqlamada bu haqda danışıb.

O bildirib ki, Donald Trampın ABŞ ordusunun Suriyadan çəkilməsi ilə bağlı verdiyi qərar qətidir.

"Türkiyənin terroristlərə qarşı apardığı mübarizəni görürük. Bu mənada biz də Türkiyəni dəstəkləyirik" – deyə Pompeo əlavə edib.

Nazir bir sıra qüvvələr tərəfindən Türkiyənin terrorla təhdid edildiyini və bu mövzuda da rəsmi Ankaraya dəstək olacaqlarını deyib.

 

216
Teqlər:
Türkiyə, Maykl Pampeo, Suriya, ABŞ
Əlaqədar
Bölgəmizdə böyük fəlakətə hazırlıq gedir, ortada ABŞ-Suriya danışıqları iddiası da var
ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirdi
ABŞ-dan İranın Suriya əməliyyatına sərt reaksiya
Rusiya və ABŞ Suriya üzrə gizli danışıqlara başladı