Qalaktika, Andromeda, Süd yolu

Yeni planet kəşf edilib

31
(Yenilənib 21:25 09.01.2019)
Planetin "su planeti" olduğu istisna edilmir

BAKI, 9 yanvar — Sputnik. Amerikanın TESS peyki Yerdən ağır və böyük yeni ekzoplanet aşkarlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, aşkar edilən HD 21749b planeti Yer planetindən 3,3 dəfə böyük, 23 dəfə ağırdır.

Bu planet cırtdan HD 21749 ulduzunun ətrafında 36 günə fırlanır. Onun səthinin temperaturu 150 C–dir. Elm adamlarının fikrincə, planetin səthi Neptundan daha yüksək sıxlığa malikdir, lakin qayalıq deyil.

Planetin "su planeti" olduğu istisna edilmir.

31