Sakit okeanda içində 4 min avtomobil olan gəmi yanır

© AP PhotoYanan gəmi
Yanan gəmi - Sputnik Azərbaycan
Abunə olmaq
Heyət üzvlərindən 4 nəfər ölüb, bir nəfər isə itkin düşüb

BAKI, 9 yanvar — Sputnik. Sakit okeanda yük gəmisi yanır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Sincerity Ace gəmisi qəfil yanmağa başlayıb. Gəmi Yaponiyadan Havay adalarına avtomobil aparır. Yanan gəminin içində 3804 avtomobil var. Onlardan 3500-ü "Nissan" markalı avtomobillərdir.

Xilasedicilər heyət üzvü olan 16 nəfəri xilas edə biliblər. 4 nəfər ölüb, bir nəfər isə itkin düşüb.

Hadisənin baş vermə səbəbləri məlum deyil.

Xəbər lenti
0