Siyasətçilərə hücum edən şəxs saxlanılıb

© pixabay / Génesis GabriellaHaker
Haker - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumatlara görə, onun hərəkətlərinin xarici kəşfiyyatla heç bir əlaqəsi yoxdur

BAKI, 9 yanvar — Sputnik. Almaniya polisi Hessen əyalətində siyasətçilərə və məşhurlara kiber hücum etməkdə şübhəli bilinən gənci yaxalayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, saxlanılan şəxsin 20 yaşı var və o, valideynləri ilə yaşayır. İlkin məlumatlara görə, onun hərəkətlərinin xarici kəşfiyyatla heç bir əlaqəsi yoxdur.

Daha əvvəl isə Almaniya haker hücumları ilə bağlı ABŞ xüsusi kəşfiyyatından istintaq işinə yardım etməyi xahiş etmişdi.

Xəbər lenti
0