Alkoqol satışı qadağandır

Rusiyada quru alkoqol qadağan edildi

121
(Yenilənib 18:17 08.01.2019)
Dəyişikliyə əsasən ev üçün kimyəvi maddələr və kosmetikada istifadə olunan spirt tərkibli komponentlər istisna edilir

BAKI, 9 yanvar — Sputnik. Rusiyada "quru alkoqol"-a qadağa ilə bağlı qanun qüvvəyə minib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyada alkoqol istehsalı və dövriyyəsinin dövlət tənzimlənməsi haqqında qanuna düzəlişlər edilərək, "toz şəklində tərkibində spirt olan məhsullar" üzərinə qadağan qoyulub.

Beləliklə tərkibində 0,5 faiz etil spirti olan quru maddələr qadağan edilib. Dəyişikliyə əsasən, ev üçün kimyəvi maddələr və kosmetikada istifadə olunan spirt tərkibli komponentlər istisna edilir. Tərkibindəki alkoqol olan toz şəklində maddələr istehlakçılar tərəfindən dozası dəyişdirilə bildiyi üçün təhlükəlidir.

Xatırladaq ki, ABŞ-da quru alkoqol qida dadlandırıcısı şəklində satılır. Maddə məhlul şəklində olmadığı üçün onun azyaşlılara satılmasına da icazə verilir.

121