İstanbulda valyutadəyişmə məntəqəsi, arxiv şəkli

"Lopa bığlı" türk lirəsini öldürdü

291
(Yenilənib 21:16 08.01.2019)
Dollar 5.42 səviyyəsindən 5.47 səviyyəsinə qalxıb

BAKI, 8 yanvar — Sputnik. Türklərin "Lopa bığlı" adlandırdıqları ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ötən gün axşam saatlarında Ankaraya səfər edib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Con Boltonun Türkiyəyə səfəri türk lirəsini təzyiq altına salıb. Belə ki, ötən gündən etibarən dollar/TL 5.42 səviyyəsindən 5.47 səviyyəsinə qalxıb.

Советник президента США по национальной безопасности Джон Болтон
© AP Photo / Cliff Owen
Con Bolton

Səfərlə əlaqədar olaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Con Boltonun İsraildə ikən göndərdiyi ultimatuma cavab verib. Con Bolton bildirib ki, ABŞ bir şərtlə ordusunu Suriyadan geri çəkəcək. Bu şərtə görə, Türkiyə Suriyadakı kürd ittifaqlarını qorumalıdır.

Ərdoğan bu gün keçirilən toplantıda isə bunun mümkünsüzlüyünü ifadə edib. O, Türkiyəyə gələn Boltonla görüşməyib. ABŞ nümayəndəsi ilə Ərdoğanın sözçüsü İbrahim Kalın  görüşüb.

Ərdoğanın verdiyi son açıqlama və atdığı addım Türkiyə-ABŞ münasibətlərinin yenidən pozulacağı proqnozuna səbəb olub. Bu proqnozdan sonra Türkiyə lirəsi yenidən ucuzlaşmağa başlayıb.

291
İstanbuldakı Müqəddəs Sofiya kilsəsi (Ayasofya)

İstanbuldakı tarixi kilsəyə rəsmən məscid statusu verilib

306
(Yenilənib 17:42 10.07.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin muzey statusunun dəyişdirilərək məscid edilməsinə qərar verib

BAKI, 10 iyul — Sputnik. İstanbuldakı Müqəddəs Sofiya kilsəsi (Ayasofya) yenidən rəsmi olaraq məscid statusu alıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Reuters məlumat yayıb.

1934-cü ildə məhkəmə Türkiyə Nazirlər Kabinetinin Ayasofyanı məscid etmək qərarını qanunsuz sayaraq ləğv edib. O vaxt tarixi pravoslav kilsəsi muzey statusu alıb.

Türkiyəli jurnalistlər bir gün əvvəl kilsə ilə bağlı qərarın iyulun 10-da səsləndiriləcəyini açıqlamışdılar.

Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatları Türkiyənin Böyük Millət Məclisinə bu məsələ ilə bağlı müraciət layihəsini açıqlayıblar. Deputatların fikrincə, kilsənin statusunun dəyişdirilməsi Rusiya vətəndaşları üçün həssas məsələdir. Onlar türk hökumətini "dünya miqyaslı muzey statusunun tələm-tələsik dəyişdirilməsi" nəticəsində dəyə biləcək zərərin qarşısını almağa çağırıblar.

İyunun 5-də Prezident Rəcəb Tayyib Ərdoğan öz köməkçilərinə Müqəddəs Sofiya kilsəsini rəsmən məscidə çevirmək üçün hazırlıqlara başlamaq məqsədilə araşdırma aparmağı tapşırıb. İyulun 2-də Türkiyə Ali Məhkəməsi qərara alıb ki, İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin statusu ölkə Prezidentinin fərmanı ilə dəyişdirilə bilər.

Sofiya kilsəsi eramızın VI əsrində imperator Yustinianın əmri ilə inşa edilib. Türklər Konstantinopolu tutandan sonra onu məscid ediblər. Lakin 1935-ci ildə Ayasofyaya Prezident Mustafa Kamal Atatürk tərəfindən muzey statusu verilib.

306
 Kompüter tomoqrafiyası, arxiv şəkli

Çin yeni pnevmoniyaya dair xəbərdarlıq etdi: "COVID-19-dan da ölümcüldür"

226
(Yenilənib 15:54 10.07.2020)
Çin səfirliyində deyiblər ki, Qazaxıstanda bu xəstəlikdən bu il 1772 nəfər həlak olub. Onlardan bəziləri Çin vətəndaşı olub.

BAKI, 10 iyul — Sputnik. Çinin Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan çinlilərə 1700-dən artıq insanın həyatına son qoymuş naməlum yeni pnevmoniyaya dair xəbərdarlıq edib.

Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, səfirlik yeni naməlum sətəlcəm hallarının iyunun ortalarından etibarən bütün ölkə üzrə əhəmiyyətli dərəcədə artdığını və ölkənin bəzi yerlərində gündə yüzlərlə yeni xəstənin aşkar edildiyini bildirib.

"Qazaxıstanın Səhiyyə Nazirliyi və digər qurumlar müqayisəli tədqiqatlar aparıblar və sətəlcəm virusunun xüsusiyyətini müəyyənləşdirməyiblər", - məlumatda deyilir.

Səfirliyin məlumatına görə, artım Atırau, Aktobe və Şımkent bölgələrində olub. Burada təxminən 500 yeni xəstə və 30-dan çox ağır xəstə qeydə alınıb.

Çin səfirliyində deyiblər ki, xəstəlikdən bu il 1772 nəfər həlak olub. Onlardan bəziləri Çin vətəndaşı olub. Ölümlərin 628-i yalnız iyun ayında olub.

"Bu xəstəlik COVID-19-dan da ölümcüldür", - Çin səfirliyinin bəyanatında bildirilir.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / REUTERS / Dado Ruvic / Illustration / File Photo

Lakin Qazaxıstan hakimiyyəti bu məlumatı təkzib edib. Bu gün verdiyi şərhdə Qazaxıstan Səhiyyə Nazirliyi "qeyri-müəyyən etiologiyası olan virus pnevmoniyaları"nın mövcudluğunu etiraf edib, lakin bunun yeni və ya naməlum olduğunu inkar edib.

"Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi bu məlumatın həqiqətə uyğun olmadığını rəsmən bəyan edir", - məlumatda bildirilir.

Nazirlik əlavə edib ki, "qeyri-müəyyən" pnevmoniya təsnifatı Ümumdünya Səhiyyə Təşkilatının "koronavirus infeksiyasının klinik və ya epidemioloji cəhətdən aşkar edilməsi, lakin laboratoriya tədqiqatları ilə təsdiq edilməməsi halında pnevmoniyanın qeydə alınması" prinsiplərinə uyğundur.

226
Rayonlararası polis postunda PPX avtomobili, arxiv şəkli

Rayonlara gediş-gəliş üçün icazə qaydası açıqlandı

0
(Yenilənib 19:07 10.07.2020)
Hikmət Hacıyev bildirib ki, ölkədən çıxanlar arasında müalicə üçün xaricə gedənlərə üstünlük verilir

 

BAKI, 10 iyul — Sputnik. "Rayonlardan Bakıya gələnlər arasında da xəstəliyi ilə bağlı göndərişi olanlar, həmçinin işlə bağlı gələnlərə icazə verilir". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, ölkədən çıxanlar arasında müalicə üçün xaricə gedənlərə üstünlük verilir. Həmçinin biznes və iqtisadi məsələlər üçün xaricə üz tutan vətəndaşlarımız da var".

H.Hacıyev deyib ki, pandemiya başlayandan bu günədək bir çox vətəndaşlarımız xarici ölkələrdə qalıb.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Rayonlara gediş-gəlişin açılması təhlükəlidir - Yaqut Qarayeva
Hikmət Hacıyevdən avtobuslarda sıxlıq sualına təəccübləndirən cavab
Prezidentin köməkçisindən 190 AZN barədə açıqlama
Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - Rəsmi
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub