Amazon şirkəti

"Amazon" lider oldu

18
Şirkətin malik olduğu ümumi kapitalın məbləği 797 milyard dollara çatıb

BAKI, 8 yanvar — Sputnik. ABŞ-ın məşhur onlayn alış-veriş şirkəti olan "Amazon" dünyada bütün rəqiblərini qabaqlayaraq liderliyi əldə edib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, "Amazon" dünyanın ən bahalı şirkəti adına layiq görülüb.

Şirkətin malik olduğu ümumi kapitalın məbləği 797 milyard dollara çatıb ki, bu da 3,4 faiz artım deməkdir.

"Microsoft" şirkətinin varidatı isə 787 milyard dollar təşkil edib və ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə 740 milyard dollarlıq aktivləri ilə "Alphabet" şirkəti dayanıb.

18
Teqlər:
məbləğ, kapital, şirkət
Əlaqədar
Dünyanın aparıcı avtomobil şirkətlərindən birinə cinayət işi açılıb
İşləmək istəyənlər üçün ən prestijli şirkətlərin adları açıqlanıb