Fransa paytaxtına zirehli texnika yeridildi

Fransada icazəsiz mitinq keçirənlər sərt şəkildə cəzalandırılacaqlar

37
(Yenilənib 10:46 08.01.2019)
Bununla bağlı Fransanın baş naziri yeni qanunun qəbul ediləcəyini açıqlayıb

BAKI, 8 yanvar — Sputnik. Fransada icazəsiz mitinq keçirənlər sərt şəkildə cəzalandırılacaqlar. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Fransanın baş naziri Eduar Filip yeni qanunun qəbul ediləcəyini açıqlayıb.

Fransa hökuməti etirazçıların qarşısında geri çəkildi
© Sputnik / Irina Kalashnikova

Fransanın baş naziri bildirib ki, 2018-ci il noyabrın 17-də başlayan "Sarı jiletlilər" aksiyalarında indiyədək 5 min 600 nəfər saxlanılıb, mindən çox insan həbs edilib.

Xatırladaq ki, ötən ilin noyabrında yanacağın və ona qoyulan verginin artırılmasına etiraz olaraq Fransada "sarı jiletlilər"in üsyanı başlamışdı. Daha sonra isə ölkənin müxtəlif yerlərindən bu üsyana dəstək olaraq 50 minə yaxın şəxs küçələrə axışaraq ölkədəki sosial problemlərin həllini tələb etmişdi. Emanuel Makron isə geri addım atsa da, onun bu vədi də üsyançıları sakitləşdirməmişdi.

Bu arada, Fransada davam edən etiraz aksiyalarında ölkənin Avropa İttifaqından (Aİ) çıxarılması tələb olunub. Etirazçılar ölkə başçısı Emanuel Makronun artıq Fransada keçirilən etiraz aksiyalarına nəzarəti itirdiyini iddia edərək, onun istefasını və ölkənin Aİ-dən çıxarılmasını tələb ediblər.

Aksiyalarda indiyədək 10 nəfər həlak olub, mindən çox adam yaralanıb.

 

37
Teqlər:
sarı, cəza, aksiya, etiraz, Fransa
Əlaqədar
Fransa paytaxtına zirehli texnika yeridildi
Fransa polisindən həyəcan siqnalı: Kimsə evdən çıxmasın
Azərbaycanlı turistlər Fransa səyahətini boykot ediblər
Fransa yenidən silkələnir
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

13
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

13
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski

Dmanisidəki hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdləri təəssüf doğurur

4
(Yenilənib 00:01 18.05.2021)
Ombudsman Səbinə Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.

BAKI, 17 may - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Dmanisi rayonunda azərbaycanlı sahibkara məxsus mağazanın qarşısında həmin şəxsə, eləcə də digər azərbaycanlı gənclərə hücum edilməsi nəticəsində baş vermiş kütləvi dava ilə bağlı Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya müraciət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Ombudsmanı hadisəni etnik qruplar arasında münaqişəyə çevirmək cəhdlərinin təəssüf və narahatlıq doğurduğunu bildirib. Azərbaycan və Gürcüstanın strateji tərəfdaş olduğunu qeyd edən Ombudsman müvafiq orqanlar tərəfindən məsələnin araşdırılması üçün zəruri tədbirlər görüləcəyinə inamını ifadə edib.

Ombudsman Səbinə Əliyeva vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün gürcüstanlı həmkarını bu məsələni nəzarətdə saxlamağa çağırıb.

Qeyd edək ki, 16 may 2021-ci il tarixində, saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun "9 aprel" küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Məsələni bir neçə qurum nəzarətdə saxlayır.

Eləcə də oxuyun:

* Dmanisidə 8 nəfər saxlanıldı, Azərbaycan səfirliyi bəyanat yaydı

* Nazir: "Azərbaycanlılar gürcülərin qardaşlarıdır, qarşıdurmaya imkan verməyəcəyik"

* Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

 

4
Teqlər:
insident, Gürcüstan, Azərbaycan, ombudsman