Məşhur model intihar edib

© Instagram / annalisewithloveAvstraliyalı model Annaliza Braakenzik
Avstraliyalı model Annaliza Braakenzik - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edilir ki, qadın son illər depressiya ilə mübarizə aparır və bunu bacarırmış.

BAKI, 8 yanvar — Sputnik. Avstraliyalı model Annaliza Braakenzik intihar edib. Sputnik Azərbaycan Rusiya mətbuatına aistinadla xəbər verir ki, onun cəsədi Sidneydəki evində aşkarlanıb.

Məlumata görə, polisə müraciət edərək, bir neçə gündür ki, onunla əlaqəs axlaya bilmədiklərini bildiriblər. Onun cəsədi bazar günü aşkarlanıb. Polis hesab edir ki, model intihar edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Annalise Braakensiek (@annalisewithlove)

Qeyd edək ki, model keçən ilin aprel ayında birja makleri Denni Holdberqlə qalmaqallı şəkildə boşandıqdan sonra özünə gələ bilmirmiş.

Qeyd edilir ki, qadın son illər depressiya ilə mübarizə aparır və bunu bacarırmış.

"Mən Annaliza ilə çərşənbə günü danışdım. Mənə elə gəldi ki, hər şey qaydasındadır" - deyə onun dostu bildirib.

Sosial şəbəkədə isə qadın tez-tez həyatının "ağır" və "təhlükəli" dövrünü yaşadığını və yaxınlarına, təqibçilərinə ona dəstək olduqları üçün təşəkkürlərini bildirirdi.

Podiumda işindən əlavə Braakenzik zərgərlik məmulatlarının, alt geyimlərinin və gecə paltarlarının dizaynı ilə məşğul olub. Modelin şəkilləri Amerikanın Cosmopolitan və İtaliyanın Maxim jurnalında üz qabığında işıq üzü görüb.

Xəbər lenti
0