Aslı Ənvər

Məşhur cütlük barışsa da bir evdə yaşamayacaq

29
(Yenilənib 21:43 07.01.2019)
O, deyib ki, Murad Boz ilə bir evdə yaşaya bilmir və bu zaman münasibətləri alınmır

BAKI, 7 yanvar — Sputnik. Türkiyənin məşhur müğənnisi Murad Boz sevgilisi ilə yenidən barışandan sonra qəribə qərar qəbul edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Murad Boz Aslı Ənvər ilə yenidən bir yerdədir.

Belə ki, 2016-ci ildən sevgili olan cütlük 2018-ci ilin aprel ayında ayrılıb. Bu ayrılığa dözməyən cütlük 2018-ci ilin noyabr ayında barışıb. Amma onlar barışsalar da bir evdə qalmaq istəmirlər. Bunu Aslı Ənvər istəyib. O, deyib ki, Murad Boz ilə bir evdə yaşaya bilmir və bu zaman münasibətləri alınmır.

29