ABŞ prezidenti Donald Tramp

Tramp indi Meksika ilə sərhəddə poladdan divar tikir

17
(Yenilənib 18:21 07.01.2019)
Bu daha etibarlı və az görünən olacaq. Əla qərardır və ABŞ-da istehsal olunub

BAKI, 7 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Meksika ilə sərhəddə betondan yox, poladdan divar tikəcək. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Biz artıq betondan yox, poladdan divar tikməyi planlaşdırırıq. Bu daha etibarlı və az görünən olacaq. Əla qərardır. Polad ABŞ-da istehsal olunub", - deyə Tramp yazıb.

Tramp, həmçinin əlavə edib ki, vitse-prezident Mayk Pens və onun işçiləri ABŞ demokratik Partiyasının nümayəndələri ilə məhsuldar görüşlər keçiriblər: "Sərhəddə təhlükəsizliyin bir çox detallarını müzakirə edilib".

17