İran rialı

Cənub qonşumuz ciddi dəyişikliyə hazırlaşır

121
(Yenilənib 12:40 07.01.2019)
Rialdan 4 sıfır atılacaq və mövcud 10 min rial 1 tümən olacaq

BAKI, 7 yanvar — Sputnik. İran Mərkəzi Bankının sədri Abdunnasir Himmeti İran rialından 4 sıfırın çıxarılması ilə bağlı hazırladığı layihəni hökumətə təqdim edib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Himmeti layihəyə ilk olaraq Nazirlər Kabinetində baxılacağını deyib.

Layihə İran parlamentində qəbul edilərsə, rialdan 4 sıfır atılacaq və mövcud 10 min rial 1 tümən olacaq. 1 tümən də yeni çıxarılacaq 100 riallıq banknotlara bərabər tutulacaq.

Himmeti layihənin qəbul edilməsi ilə yeni banknotların çapına başlanacağını qeyd edib.

121
Teqlər:
rial, Mərkəzi Bank, İran
Əlaqədar
"İranın İraqda hərbi mövcudluğu sona çatdı"
ABŞ-la tarixi müttəfiqləri arasında "İran çatı"
Politoloq: “ABŞ-İran münasibətləri gərginləşməkdə davam edəcək”