Şaxta

Mədənin çökməsi 30 nəfərin ölümünə səbəb oldu

52
(Yenilənib 19:01 06.01.2019)
Məlumatda 20 şaxtaçının da xəsarət aldığı qeyd olunub. Çökmə nəticəsində torpaq altında əlavə şaxtaçıların da olduğu istisna edilmir.

BAKI, 6 yanvar — Sputnik. Əfqanıstanın Bədəxşan vilayətində torpaq sürüşməsi nəticəsində qızıl mədəninin çökməsi ən az 30 şaxtaçının ölümünə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Məlumatda 20 şaxtaçının da xəsarət aldığı qeyd olunub. Çökmə nəticəsində torpaq altında əlavə şaxtaçıların da olduğu istisna edilmir.

Qeyd edək ki, Bədəxşan vilayətində üç gündür kəskin hava şəraiti hökm sürür. Güclü qarın magistral yolları bağlaması nəticəsində vilayətin digər rayonlarla nəqliyyat əlaqəsi kəsilib.

52