Amerikalı əsgərlər Suriyada

ABŞ-dan terror təşkilatına yeni təlimat verildi

65
(Yenilənib 11:09 05.01.2019)
ABŞ rəsmilərinin terror təşkilatı olan PKK/YPG-yə Bəşər Əsəd rejimi ilə razılaşmalarını tövsiyə etdiyi ortaya çıxıb

BAKI, 5 yanvar — Sputnik. ABŞ rəsmilərinin terror təşkilatı olan PKK/YPG-yə Bəşər Əsəd rejimi ilə razılaşmalarını tövsiyə etdiyi ortaya çıxıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu barədə PKK/YPG-nin dəstəkçisi Suriya Demokratik Qüvvələrinin (SDQ) həmsədri İlham Əhməd deyib.

İlham Əhmədin açıqlamalarına görə, Fransa rəsmiləri Suriyanın şimalının uçuşa yasaq bölgə elan edilməsinə müsbət yanaşır. Amma fransızlar uçuşa yasaq bölgə məsələsini Avropa İttifaqı və Vaşinqtonla məsləhətləşmədən gündəmə gətirmək istəmirlər.

Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp Suriyadan çıxmalarının səbəbi barədə danışarkən “İŞİD-i məğlub etdik” açıqlamasını vermişdi.

Ağ Ev sözçüsü Sarah Sanders də “ABŞ əsgərlərini geri çəkməyə başladıq” açıqlamasını vermişdi.

65