Qandallı kişi, arxiv şəkli

Sarqsyanın ekstradisiyası üçün Çexiyaya sənədlər göndərilib

153
(Yenilənib 21:24 04.01.2019)
O, qanunsuz silah və narkotik dövriyyəsində şübhəli bilinir

BAKI, 5 yanvar — Sputnik. Ermənistan Baş Prokuroru sabiq prezident Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanın ekstradisiyası üçün lazım olan bütün sənədləri Çexiya hüquq mühafizə orqanlarına göndərib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan bildirib.

O bildirib ki, Avropa Konvensiyasına əsasən digər ölkənin tələbi ilə saxlanılan şəxsin ilkin saxlanılma müddəti 40 gündür.

Qeyd edək ki, beynəlxalq axtarışa verilən Narek Sarqsyan dekabrın 6-da Praqada görülüb. O, qanunsuz silah və narkotik dövriyyəsində şübhəli bilinir.

153