Tel-Əvivin dənizkənarı parkı

“Eurovision” çadır şəhərciyində keçiriləcək

42
(Yenilənib 20:32 04.01.2019)
“Eurovision 2019” 14-18 may tarixlərində keçiriləcək

BAKI, 5 yanvar — Sputnik. İsraildə keçiriləcək “Eurovision 2019”un keçiriləcəyi məkan məlum olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Təl-Əviv merinin müşaviri Rona Xuldayi İlana Mixaeli deyib ki, beynəlxalq musiqi müsabiqəsinin yeri müəyyən edilib. Bu şəhərə yaxın olan çadır şəhərciyidir.

Müşavir deyib ki, artıq şəhərciyi müsabiqəyə hazırlamaq üçün tender də elan ediblər.

“Eurovision 2019” 14-18 may tarixlərində keçiriləcək.

Bu şəhərcikdə büdcəyə uyğun yerlər olacaq. Bəzi yerlərdə istənilən izləyici öz çadırını quraraq müsabiqəyə baxacaq. Bəzilərinə təşkilatçılar kiçik evlər təklif edəcəklər.

Eyni zamanda əyləncə və yemək üçün yerlər də olacaq.

Müsabiqə bitəndən sonra bu şəhərcikdə LGBT parad da keçiriləcək. İsrailli Netta Barzilay “Eurovision 2018”in qalibi olandan sonra ölkə bu müsabiqəni keçirmək hüququnu qazanıb.

42