Türk əsgərləri

Türkiyə-İran sərhədində silahlı qarşıdurma: Ölən yaralananlar var

388
(Yenilənib 14:51 04.01.2019)
Terrorçuların yaxalanması üçün əməliyyat başlayıb

BAKI, 4 yanvar — Sputnik. PKK terrorçuları bu gün sübh saatlarında Türkiyənin Iğdır vilayətinin Aralıq rayonunda yerləşən sərhəd məntəqəsinə hücum ediblər. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, terrorçular məntəqəyə raket zərbəsi endiriblər.

Silahlı hücum nəticəsində 1 əsgər şəhid olub, 2 əsgər yaralanıb. Yaralı hərbçilər Iğdırdakı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir. Bölgədən qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.

Qeyd edək ki, Aralıq rayonu Türkiyə-İran sərhədində yerləşir.

388
Teqlər:
terrorçu, terror, Iğdır vilayəti, Türkiyə, PKK
Əlaqədar
PKK Əsədlə birləşir - Ərdoğana qarşı
Gerisayım başladı: PKK-nın sərhəd xəttindəki bütün mövqeləri darmadağın ediləcək
ABŞ geri çəkiləndə də xainlik edir, silahlar PKK-ya verilir
Pentaqon YPG/PKK-ya verilən silahların geri alınması məsələsində səssiz qalıb