Gürcüstanda qrip əleyhinə preparat pulsuz paylanacaq

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidQrip virusu, arxiv şəkli
Qrip virusu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qərar xəstəliyə yoluxma riski yüksək olan qrupun preparatı əldə edə bilməsi üçün verilib

BAKI, 4 yanvar — Sputnik. Gürcüstan Səhiyyə Nazirliyi, həkim müayinəsində təsdiqləndikdən sonra, hamilələrə və maddi cəhətdən ehtiyacı olan şəxslərə virusa qarşı "Tamiflyu" preparatını pulsuz verəcək. Sputnik Gürcüstan xəbər verir ki bu barədə səhiyyə naziri David Sergeenko "Birinci kanal"ın efirində deyib.

"Qərar xəstəliyə yoluxma riski yüksək olan qrupun preparatı əldə edə bilməsi üçün verilib. Preparatı həkim təyinatı ilə, yerli sağlamlıq mərkəzlərindən almaq mümkün olacaq" – deyə Sergeenko bildirib.

Qeyd edək ki, hazırda Gürcüstanda hər 100 min nəfərdən 277-si qrip virusuna yoluxub. Bu da xəstəliyin epidemiya halını alması riskini artırır.

Bundan başqa, qonşu ölkədə H1N1 ("donuz qripi") virusuna yoluxanların 140 nəfərə çatıb ki, onlardan da 6 nəfər dünyasını dəyişib.

Xəbər lenti
0