Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton

Con Boltonun Türkiyə səfərinin məqsədləri bəlli oldu

103
(Yenilənib 10:55 04.01.2019)
Con Bolton Türkiyə ilə birgə İrana qarşı da mübarizə aparacaq

BAKI, 4 yanvar — Sputnik. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Türkiyəyə gəlir. Sputnik Azərbaycan-ın xəbərinə görə Con Bolton bu haqda "Twitter" hesabında paylaşım edib.

O, qeyd edib ki, yanvarın 5-də Türkiyə ilə müzakirələr aparmaq üçün İsraili tərk edəcək: "Biz bu görüşdə ABŞ hərbi qüvvələrinin Suriyadan çəkilməsini müzakirə edəcəyik. Bununla yanaşı, İŞİD-lə mübarizəni sona çatdırmaq və bu kimi təşkilatların yenidən yaranmasını önləmək üçün müzakirələrimiz olacaq".

"Əlbəttə bütün bunların həlli üçün biz bir ittifaq halında çalışmalıyıq. Həmçinin, bununla biz İranın bölgədəki düşməncəsinə niyyətlərinin qarşısını da almağa çalışacağıq" - deyə C.Bolton bildirib.

103
Teqlər:
müzakirə, Türkiyə, İran, Con Bolton
Əlaqədar
Bolton Bakıda Rusiyaya qarşı sanksiyalardan danışdı
Elmar Məmmədyarov qapalı görüşdən danışdı: "Con Boltondan xahiş etdim ki..."