Şimali Koreya səfiri qaçıb

© REUTERS / Jason LeeФлаг Северной Кореи. Архивное фото
Флаг Северной Кореи. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Diplomat və ailəsi hazırda İtaliya hökumətinin mühafizəsi altındadır

BAKI, 3 yanvar — Sputnik. Şimali Koreyanın İtaliyadakı səfiri Ço Son Qil ailəsi ilə birgə səfirlik binasından qaçıb və Qərb ölkələrinin birindən siyasi sığınacaq istəyib. Sputnik Azərbaycan "NEWSru.co.il"-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya KİV-ləri xüsusi xidmət orqanlarında olan mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, qaçış keçən ilin noyabrında həyata keçirilib. Rəsmi Seul hələlik bu məlumatı təsdiqləmir. Məlumata görə, diplomat və ailəsi İtaliya hökumətinin mühafizəsi altındadır.

Diqqətə çatdıraq ki, 2017-ci ildə Şimali Koreyanın İtaliyadakı səfiri Mun Çon Nam persona non-qrata elan edilib. Bundan sonra onun yerinə 48 yaşlı Ço Son Qil təyin edilib.

Xəbər lenti
0