Donald Tramp

"Tramp prezidentlik kürsüsünə yaraşmır"

33
(Yenilənib 14:55 02.01.2019)
Mit Romni: "O irqi, cinsi, milli ayırı-seçkilik salan, demokratiya əleyhdarı olan bir şəxsdir"

BAKI, 2 yanvar — Sputnik. "Tramp prezident kimi ümidləri doğrultmadı". Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri 2012-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan və 2018-ci ildəki aralıq seçkilərində yenə eyni partiyadan senator seçilən Mit Romni deyib.

O bildirib ki, Tramp irqi, cinsi, milli ayırı-seçkilik salan, demokratiya əleyhdarı olan bir şəxsdir: "Trampın xarakteri ABŞ-ın prezidenti olmaq üçün kifayət etmir və o, prezidentlik kürsüsünə yaraşmır".

Romni əlavə edib ki, 2016-cı ildə keçirilən prezident seçkilərində Respublikaçılardan seçilən Trampın namizədliyinə də qarşı çıxıb: "Mən onun siyasətini dəstəkləmirəm. Ölkəmin maraqlarına xidmət etdiyini düşündüyüm siyasi gedişlərini dəstəkləyib digərlərinə qarşı çıxacağam".

33
Teqlər:
prezident, ABŞ, Donald Tramp
Əlaqədar
Donald Tramp gözlənilmədən İraqa səfər edib
Politoloq: “Trampın qərarları seçkiqabağı bəyanatlarını təsdiq edir”
Moskvadan "Tramp"a yeni il "hədiyyəsi" - VİDEO