Donald Tramp və Kim Çen Inın görüşü

Donald Tramp Kim Çen Inla görüşü səbirsizliklə gözləyir

16
Tramp: "Kim Çen Inla görüşü səbirsizliklə gözləyirəm"

BAKI, 2 yanvar - Sputnik. ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Inla yeni görüşü səbirsizliklə gözləyir.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Mən də həmçinin Şimali Koreyanın böyük iqtisadi potensiala sahib olduğunu başa düşən sədr (KXDR sədri-red) Kimlə (Çen Inla-red) görüşü səbirsizliklə gözləyirəm", - deyə o, KXDR liderinin ABŞ prezidenti ilə görüşə hazır olması barədə məlumatı şərh edərkən bildirib.

Qeyd edək ki, daha əvvəl KXDR lideri ABŞ-ın ünvanına bir sıra ittihamlar səsləndirib. Birləşmiş Ştatların rəhbəri ilə KXDR rəhbəri arasında ilk tarixi görüş ötən ilin 2 iyulunda Sinqapurda baş tutub. 

16