Qasırğa, arxiv şəkli

Filippində təbii fəlakət nəticəsində ölənlərin sayı artır

20
Ümumilikdə 191 mindən çox adama təbii fəlakət nəticəsində zərər dəyib

BAKI, 1 yanvar - Sputnik. “Usman” tropik qasırğasının nəticəsində baş verən güclü yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 75-ə çatıb. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu risklərin azaldılması və təbii fəlakətlərin idarə edilməsi üzrə Filippinin Milli Şurasının nümayəndəsi Edqars Posadas bildirib.
Posadasın sözlərinə görə, 75 nəfərdən 59-u Bikol regionunda, 13-ü Şərqi Visayi regionunda, daha üç nəfər isə digər regionda həlak olub. Ümumilikdə 191 mindən çox adama təbii fəlakət nəticəsində zərər dəyib. 16 nəfərin taleyi barədə məlumat yoxdur.

20