Putin partlayış baş verən zonaya gedib

© Sputnik / GU MCHS / Mediabanka keçidВзрыв бытового газа в жилом доме в Магнитогорске
Взрыв бытового газа в жилом доме в Магнитогорске - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı xəstəxanada yaralılara baş çəkəndən sonra dağılan evin yanında yaradılan operativ qərargahda da olub.

BAKI, 31 dekabr – Sputnik. Rusiya prezidenti Vladimir Putin yaşayış evində partlayış baş verən Maqnitoqorsk şəhərinə gedib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, dövlət başçısı zərərçəkənlərlə görüşüb.

Dövlət başçısı xəstəxanada yaralılara baş çəkəndən sonra dağılan evin yanında yaradılan operativ qərargahda da olub.

Xatırladaq ki, partlayış Bakı vaxtı ilə səhər saat 5-də baş verib. Nəticədə bir blokun seksiyası dağılıb. Bundan başqa, daha 2 seksiya dağılmaq təhlükəsi ilə üz-üzədir.

İndiyə qədər 4 nəfərin cəsədi çıxarılıb. Bundan başqa, 5 nəfər xilas edilib. Güman edildiyinə görə, dağıntılar altında daha 40 adam var.

Binanın partlayış zamanı zədələnən hissəsinin dağılması təhlükəsi olduğundan, xilasetmə işləri ləng aparılır.

Xəbər lenti
0