FTX əməkdaşları, arxiv şəkli

Yeni il ərəfəsində gərginlik Rusiyada ABŞ casusu tutuldu

28
(Yenilənib 19:28 31.12.2018)
ABŞ vətəndaşı 10 ildən 20 ilədək həbs cəzasına məhkum edilə bilər.

BAKI, 31 dekabr – Sputnik. Rusiya Federal Təhlükəsizliyi Xidməti (FTX) Moskvada casusluqda şübhəli bilinən ABŞ vətəndaşının həbs edildiyini açıqlayıb.

Sputnik Azərbaycan "Ahaber"ə istinadla xəbər verir ki, bu barədə FTX rəsmi məlumat yayıb.

Federal Təhlükəsizlik Xidmətinin saytında bununla bağlı açıqlama verilib: "2018-ci il dekabrın 28-də FTX-nin əməkdaşlarının Moskvada apardığı əməliyyat nəticəsində casusluqda şübhəli bilinən ABŞ vətəndaşı Pol Uilan saxlanılıb".

ABŞ vətəndaşı 10 ildən 20 ilədək həbs cəzasına məhkum edilə bilər.

28