Çində arxeoloji qazıntılar

Qədim Çin Divarlarının qalıqları tapılıb

43
(Yenilənib 17:40 28.12.2018)
İlkin qiymətləndirməyə görə, xarabalıqlar Min dövrünə (1368-1644) aiddir

BAKI, 29 dekabr — Sputnik. Çin arxeoloqları böyük Çin divarlarının hissəsi ola biləcək xarabalıqlar aşkarlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, xarabalıqlar Tayxanşan dağlarında tapılıb.

İlkin qiymətləndirməyə görə, xarabalıqlar Min dövrünə (1368-1644) aiddir.

Mədəni dəyərlərin qorunması bürosunun əməkdaşı Szya Mintyanyanın sözlərinə görə, hələ 2007-ci ildə Min dövrünə aid Böyük Çin divarlarına aid 19 xarabalıq aşkar edilib. Böyük Çin Divarları qədim Çinin ən böyük arxitektur abidələrindən hesab edilir. Onun uzunluğu 21 min kilometrdən çoxdur.

43