Türkiyə ordusu Suriya sərhədində

Türkiyə Suriyaya daxil olmaq üçün Moskvadan icazə istəyəcək

234
(Yenilənib 17:18 28.12.2018)
Hələlik ABŞ nəzarətində olan hava məkanından istifadə etmə izni qoşunların çıxmasından sonra rejimə keçəcək

BAKI, 29 dekabr — Sputnik. Rəsmi Ankara YPG/PKK terrorçularına qarşı Fərat çayından şərqə doğru planlaşdırılan hərbi əməliyyatlarda Suriya hava məkanından istifadə etmək üçün Moskvadan icazə istəyəcək. 

Sputnik Azərbaycan "Hurriyet"ə istinadən xəbər verir ki, Sabah Moskvaya gedəcək nümayəndə heyətinin tərkibində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, Ərdoğanın sözçüsü İbrahim Kalın, müdafiə naziri Hulusi Akar və kəşfiyyat rəhbəri Hakan Fidan da var.

Rəsmi Ankaranın fikrincə, Fərat çayının şərqə doğru olan ərazilərdə, həmçinin İŞİD ünsürlərinin aradan qaldırılması üçün nöqtə zərbələri həyata keçirmək üçün Suriyanın hava məkanının istifadəsinin önəmli olmasını düşünür.

Hələlik ABŞ nəzarətində olan hava məkanından istifadə etmə izni qoşunların çıxmasından sonra rejimə keçəcək. Bu anlamda isə hava məkanının qorunmasının Rusiya tərəfindən həyata keçiriləcəyi düşünülür. Türkiyə tərəfi isə sərhəddən 300-350 kilometr uzaqlıqda olan İŞİD ünsürlərini zərərsizləşdirmək istəyir.

234
Teqlər:
icazə, Rusiya, hava məkanı, Suriya, Türkiyə
Əlaqədar
Türkiyə və ABŞ prezidentləri yenidən telefonla danışdılar
Türkiyə ilə ABŞ arasında "buzlar əriyir"
Hazırlıq başa çatıb - Türkiyə hər an Suriyaya girə bilər
Türkiyə nəhənglərin bazarına girdi – İlk milli aviabomba sınaqdan keçirilib