Türkiyə ordusu Suriya sərhədində

Hazırlıq başa çatıb - Türkiyə hər an Suriyaya girə bilər

43
(Yenilənib 19:11 25.12.2018)
İşlər qəbul olunan qərarlar üzrə aparılır və heç bir problem yoxdur

BAKI, 26 dekabr — Sputnik. Türkiyənin Fərat çayından şərqdə yerləşən Suriya ərazilərində anti-terror əməliyyatına hazırlığı artıq başa çatıb. Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hülusi Akar bildirib.

Akar, həmçinin bildirib ki, Suriyanın Menbiç rayonu ilə bağlı yol xəritəsi üzərində işlər davam edir: "Yaxın günlərdə biz ABŞ-dan olan həmkarlarımızla görüşəcəyik. Hazırda danışıqlar aparılır. İşlər qəbul olunan qərarlar üzrə aparılır və heç bir problem yoxdur. Qrafik hazır olduqdan sonra ictimaiyyət bu barədə nəlumatlandırılacaq".

43